20:38, 14 Fevral 2018 (Çərşənbə) 129

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib


/ DÜNYA
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə M.Saakaşvili özünün "Facebook” səhifəsində yazıb. 

"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, M.Saakaşvili yazıb. 

Eyni zamanda o bildirib ki, Ukrayna vətəndaşlığını bərpa etməkdə israrlıdır.