17:54, 12 Fevral 2018 (Bazar ertəsi) 173

Saakaşvili yenə saxlanılıb

Saakaşvili yenə saxlanılıb
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.

"Unian.net”in verdiyi xəbərə görə, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.