15:26, 15 May 2018 (Çərşənbə axşamı) 59

Rusiyalı jurnalist saxlanıb

Rusiyalı jurnalist saxlanıb


/ DÜNYA
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın RIA Novosti xəbər agentliyinin ofisində axtarış aparıb, bir jurnalistini saxlayıb. Bu media qurumu Kiyevə qarşı "hibrid informasiya müharibəsi” aparmaqda suçlanıb.

Ukraynanın bu addımı mayın 5-də Rusiyanın qəzəbli reaksiyasına səbəb olub. Prezident Vladimir Putin-in sözçüsü deyib ki, Kirill Vyshinky-nin saxlanması işiylə əlaqədardısa, "biabırçılıq və qalmaqallı” hərəkətdir.

RIA Novosti-Ukraina-dakı həmkarlarının deməsinə görə, Rusiya vətəndaşı olan Vyshinsky Kiyevdəki evi yaxınlığında saxlanıb. SBU-nun sözçüsü Olena Hitlyanska da AzadlıqRadiosu-na jurnalistin saxlanmasını təsdiqləyib, amma detalları açıqlamayıb.

Hitlyanska Facebook-da yazıb ki, SBU və müstəntiqlər "təcavüzkar ölkə”nin bu media orqanları şəbəkəsi vasitəsiylə Ukraynaya qarşı hibrid informasiya müharibəsi apardığını üzə çıxarıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra tərəflərin münasibəti gərginləşib, münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ATƏT-in media azadlığı üzrə təmsilçisindən "prinsipial açıqlama” gözlədiklərini bildirib.