11:48, 12 Fevral 2018 (Bazar ertəsi) 216

Təyyarə qəzasında bir Azərbaycan vətəndaşı ölüb- Rusiya

Təyyarə qəzasında bir Azərbaycan vətəndaşı ölüb- Rusiya
Fevralın 11-də Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsində ölənlərdən biri Azərbaycan vətəndaşı ooub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, qəzada həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.

Fevralın 11-də "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "An-148" Domodedovo hava limanından uçduqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində 71 nəfər ölüb.