15:11, 19 İyul 2018 (Cümə axşamı) 120

Rusiyada pensiya yaşını qaldıran layihə oxunuşdan keçdi

Rusiyada pensiya yaşını qaldıran layihə oxunuşdan keçdi


/ DÜNYA
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması iyulun 19-da pensiya qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Hökumətin təklif etdiyi layihə pensiya yaşını yüksəltməyi nəzərdə tutur. Qanun layihəsi kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldırır.

İndi Rusiyada kişilər 60, qadınlar 55 yaşında pensiyaya çıxır. Nazirlər Kabinetinin iyunun 14-də təklif etdiyi layihədə pensiya yaşının 2019-cu ildən başlayaraq mərhələli (kişilər üçün 2028-ci ilə qədər 6 aydan bir, qadınlar üçün 2034-cü ilə qədər 6 aydan bir) qaldırılması nəzərdə tutulur.

İyulun 19-da keçirilən səsverməyə qatılan deputatlardan 328-i layihəni dəstəkləyib. 104 deputat pensiya yaşının qaldırılmasının əleyhinə çıxıb.