13:56, 19 Sentyabr 2018 (Çərşənbə) 333

Rusiyada minimum maaş qaldırılır

Rusiyada minimum maaş qaldırılır


/ DÜNYA
Sentyabrın 19-da Rusiya hökuməti minimum əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib. 

Novator.az-ın məlumatına görə, qanun layihəsi minimum əməkhaqqının 2019-cu il yanvarın 1-dən 11 min 280 rubla (285 manat) çatdırılmasını nəzərdə tutur.

İndi Rusiyada minimum əməkhaqqı 11 min 163 rubldur (282 manat).

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2018-ci ildən 130 manat müəyyən edilib.