21:13, 14 Fevral 2018 (Çərşənbə) 28

Rusiyada baş verən təyyarə qəzasının səbəbləri məlum olub

Rusiyada baş verən təyyarə qəzasının səbəbləri məlum olub


/ DÜNYA
Müstəntiqlər deyir ki, Rusiyada 71 nəfərin ölümü ilə nəticələnən sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb pilot səhvi və düzgün işləməyən sensorlar olub.

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, Dövlətlərarası Aviasiya Komitəsi yəyyarənin qara qutusunu yoxlayandan sonra bildirib ki, bazar günü Moskva yaxınlığında qəza pilotların təyyarənin iki spidometrində fərqli sürətlər görməsindən sonra baş verib.

Komitənin məlumatına görə, spidomterlərin fərqli sürət göstərməsinə səbəb pilotların havaya qalxamadan əvvəl istilik qurğusunu yandırmaması olub.

Təyyarə Moskvanın Domodedovo hava limanından Orsk şəhərinə uçarkən paytaxtdan 64 kilometr uzaqlıqda bir kəndə düşüb.