13:18, 08 Mart 2018 (Cümə axşamı) 464

Rusiya-Türkiyə-İran sammiti olacağı təsdiqlənib

Rusiya-Türkiyə-İran sammiti olacağı təsdiqlənib


/ DÜNYA
Kreml apreldə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşəcəyini təsdiqləyib.

Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın görüşəcəyi təsdiqlənsə də, görüşün yeri və vaxtı açıqlanmayıb.

"Amerikanın Səsi"-nin verdiyi xəbərə görə, Kreml bəyanatı martın 7-də yayıb.

Hər üç ölkə Suriyadakı vətəndaş müharibəsində yaxından iştirak edir.

Türkiyənin Xarici İşlər Nazirliyi də martın 6-da bildirmişdi ki, liderlər apreldə görüşəcəklər.

Türkiyə və ABŞ rəsmilərinin isə martın 8-9-da Vaşinqtonda müzakirələr aparacağı gözlənir.

Danışıqlar iki ölkə arasında fikir ayrılıqlarının ünvanlanması məqsədilə keçirilməsi nəzərdə tutulan görüşlər silsiləsinin bir hissəsidir.

Müzakirələrin diqqət mərkəzində Türkiyə və ABŞ arasında gərginliyin əsas mənbəyi olan Birləşmiş Ştatların Suriyada İŞİD-ə qarşı mübarizədə kürd döyüşçülərin birləşməsi YPG-yə dəstəyi məsələsidir.

Ankara kürd döyşüçüləri Türkiyənin daxilində on illərdir silahlı üsyan aparan terrorçularla əlaqədar olmaqda ittiham edir. ABŞ isə YPG-ni İŞİD-ə qarşı mübarizədə effektiv tərəfdaş sayır.