16:20, 02 Fevral 2018 (Cümə) 82

Rusiya seçicilərinin sayı açıqlanıb

Rusiya seçicilərinin sayı açıqlanıb


/ DÜNYA
Rusiyanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. 

2018-ci il yanvarın 1-nə olan hesabata əsasən, Rusiyada 110 milyon 868 min nəfərin seçki hüququ var. Seçicilərin 1 milyon 880 min nəfəri ölkədən kənardadır.

MSK bildirir ki, 2017-ci ilin iyulundan bəri seçicilərin sayı 567 min nəfər azalıb. İyulun 1-də 111 milyon 425 min seçici olub.

Martın 18-i Rusiyada prezident seçkisi keçiriləcək. Mərkəzi Seçki Komissiyası indiyədək Kommunist Partiyasının namizədi Pavel Qrudinini və Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovskini qeydiyyata alıb.

Seçkiyə müstəqil namizəd kimi qatılan prezident Vladimir Putinin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburinin, Vətəndaş Platforması Partiyasından Kseniya Sobçakın, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykinin, Yüksəliş Partiyasından Boris Titovun, "Yabloko” Partiyasından Qriqori Yavlinskinin sənədləri hələ araşdırılır.