14:44, 15 Avqust 2018 (Çərşənbə) 385

Rusiya neft ixracına görə rüsumları azaldır

Rusiya neft ixracına görə rüsumları azaldır
Sentyabrın 1-dən Rusiyadan neft ixracına görə rüsumlar azaldılacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, neftin hər tonuna görə ödənilən məbləğ 135,4 dollardan 130 dollara düşəcək. 

Bundan başqa, ölkədə ixrac oluan maye qazın 1 000 kubmetri üçün ödənilən rüsumun 18,1 dollardan 8,6 dollara, maye hidrokarbon qazının 1 000 kubmetri üçün ödənilən rüsumun isə 7,2 dollardan 3,4 dollara endirilməsi nəzərdə tutulub.