16:04, 07 Fevral 2018 (Çərşənbə) 122

Rusiya əmək miqrantlarını ölkədən çıxarmağa başlayıb

Rusiya əmək miqrantlarını ölkədən çıxarmağa başlayıb


/ DÜNYA
Rusiya BMT-təhlükəsizlik şurasının qətnaməsinə əsasən Şimali Koreyadan olan əmək miqrantlarını ölkədən çıxarmağa başlayıb.

Bunu fevralın 7-də jurnalistlərə Rusiyanın Şimali Koreyadakı səfiri Aleksi Matseqora deyib.

Onun sözlərinə görə, əmək miqrantlarının ölkədən çıxarılması Uzaq Şərq-in iqtisadiyyatına mənfi təsir göstərəcək.

Hazırda Rusiyanın Uzaq Şərq regionunda tikinti işlərinə 10 mindən çox Şimaqli Koreya vətəndaşı cəlb edilib.

Metseqora deyib ki, onları çinlilərlə əvəz etmək mümkün olmayacaq, çünki onlar daha yüksək maaşa işləyirlər.

Amma səfir prosesin nə vaxt başa çatdırılacağı və onların sayına aydınlıq gətirməyib.

Təkcə onu deyib ki, hər il 15 minədək müvəqqəti iş vizası verirlər.

BMT-nin təhlükəsizlik şurası Pxenyanın yeni ballistik raket sınaqları keçirməsinə görə, dekabrın sonunda Şimali Koreyaya qarşı sanksiyaları kəskinləşdirib.

Yeni sanksiyalarda əsasən Şimali Koreyaya neft məhsulları ixracının 85 faiz azaldılması və bu ölkədən olan xaricdəki əmək miqrantlarının 2 il ərzində geri qaytarılması nəzərdə tutulur.