11:47, 27 Fevral 2018 (Çərşənbə axşamı) 262

Rusiya BMT qətnaməsindən İranın adını çıxarmağa nail oldu

Rusiya BMT qətnaməsindən İranın adını çıxarmağa nail oldu


/ DÜNYA
Rusiya BMT Təhlükəsizlik Şurasının Yəmənə dair qətnamə layihəsinə veto qoyub. Buna səbəb qətnamə layihəsində İrandan Yəməndəki huti qiyamçılarının raketlərlə təchizatına son qoyulmasınımn tələb edilməsi idi.

Britaniya tərəfindən hazırlanmış və ABŞ tərəfindən dəstəklənmiş bu qətnamə layihəsinə TŞ-nin 15 üzvündən 11-i səs vermiş, iki üzv (Çin və Qazaxıstan) bitərəf qalmış, Boloviya isə sənədin əleyhinə səs vermişdi.

Lakin bunun ardınca 15 üzvün hamısı İranın adı çıxarılmış qətnamə versiyasına yeksdilliklə səs verib.

İran tərəfindən dəstəklənən şiə hutilər Yəməndə 2015-ci ildən bəri Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən hökumətinə qarşı döyüşür.

Britaniyanın ilkin layihəyə İranın adını daxil etməsi BMT hesabatında Tehranın Yəmənə qarşı silah embarqosunu pozduğuna dair müddəların olması ilə bağlı idi.

BMT ekspertlərinin hazırladığı bu hesabatda qeyd olunurdu ki, hutilərin ötən il Səudiyyə ərazisinə atdığı raketlərin İran istehsallı olduğu məlum olub.

Rusiyanın vetosundan sonra ABŞ səfiri Nikki Haley-in verdiyi bəyanatda Moskva "terroru maliyyələşdirən İran rejimini” himayə etməkdə günahlandırılır.