Siyasət

Rusiya AzadlıqRadiosuna məhdudiyyət qoya bilər

10 Oktyabr, 2017
824
Rusiyanın Ədliyyə Nazirliyi Azad Avropa/Azadlıq Radiolarına (RFE/RL) xəbərdarlıq edib ki, bu ölkədə, eləcə də Ukraynanın ilhaq olunmuş Krım regionunda fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Moskva bunun Birləşmiş Ştatlarda Rusiya dövlətinin maliyyələşdirdiyi mediaya "təzyiq"ə cavab olaraq gerçəkləşdiriləcəyini bildirir.

Nazirlik oktyabrın 9-da göndərdiyi məktubda qeyd edir ki, Rusiyanın QHT-lər və xarici agentlərlə bağlı qanununun 2-ci maddəsi AzadlıqRadiosu ilə Amerikanın Səsi-nin birgə layihəsi olan rusdilli CurrentTime (Настоящее Время) televiziyasını da əhatələyir. Bu səbəbdən Rusiya bu televiziyaya məhdudiyyət qoya bilər.

"Təşkilatınızın fəaliyyəti Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətlərə məruz qala bilər", – nazirlik rəsmisi Vladimir Titov-un imzaladığı məktubda qeyd olunur.

Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) Radio Svoboda adıyla tanınan rus xidməti, tatar-başqırd xidmətinin rusdilli saytı olan Idel Realii və radionun Ukrayna xidmətinin Krım bölməsinə oxşar məktublar gəlib.

"CurrentTime, Radio Svoboda, Ukrayna xidmətinin Krım bölməsi və Idel Realii jurnalist təşkilatlarıdır. İnanırıq ki, işimizi davam etdirə biləcəyik", – RFE/RL-in vitse prezidenti və baş redaktoru Nenad Pejic məktuba cavab olaraq yaydığı bəyanatda vurğulayıb.

ABŞ-ın hüquq-mühafizə orqanları Rusiyanın azı iki media orqanının – RT peyk televiziyasının və Sputnik xəbər saytının fəaliyyətini araşdırır.

ABŞ-ın kəşfiyyat hesabatında Rusiya hökumətinin maliyyələşdirdiyi RT Kremlin ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə üçün yararlandığı əsas kanallardan biri adlandırılır.

O vaxtdan Vaşinqtona çağırışlar olunur ki, RT və Sputnik qeydiyyatdan keçməyə məcbur edilsin. Bu qeydiyyat 79 illik yaşı olan, ilk vaxtlar nasist propoqandasını önləməyi hədəfləyən qanun çərçivəsində aparılmalıdır. Sovet dövründə bəzi rusdilli media orqanları, "Pravda" qəzeti, TASS agentliyi xarici agent kimi qeydiyyatdan keçirdi.

RT-nin baş redaktoru Margarita Simonyan ötən ay bildirib ki, ABŞ rəsmiləri kanalın xarici agent qanununa uyğun qeydiyyata düşməsini tələb edib.

ABŞ Ədliyyə Departamenti isə məsələni şərh etməkdən bir neçə dəfə imtina edib.

Mənbə: AzadlıqRadiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo