10:58, 21 Sentyabr 2018 (Cümə) 141

Rusiya Avropa Şurasından çıxa bilər

Rusiya Avropa Şurasından çıxa bilər
Rusiya Avropa Şurasından çıxa bilər. "RİA Novosti”-nin məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bu haqda bildirib.

"Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, - o deyib.

Onun sözlərinə görə, AŞPA-nın bir sıra qərarları Rusiyanın iştirakı olmadan verməsi qanunsuzdur. O, AŞPA-dakı vəziyyəti kritik və "parlamentarizm prinsipinə" zidd kimi qiymətləndirib.

Oktyabr ayının əvvəlində AŞPA-nın iclası keçiriləcək. İclasda ilk dəfə 2014-cü ildən Rusiya tərəfinin dəfələrlə təklif etdiyi milli nümayəndə heyətlərinə qarşı sanksiyaların qarşısının alınması mövzusu müzakirə olunacaq.

Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.

Meydan TV