10:38, 12 Fevral 2018 (Bazar ertəsi) 56

Ruhani siyasi qüvvələri birliyə çağırdı

Ruhani siyasi qüvvələri birliyə çağırdı
İran prezidenti Həsən Ruhani ölkədəki siyasi qüvvələri və xalqı birliyə çağırıb.

O, "İran İslam İnqilabı” nın 39-cu ildönümü münasibətilə çıxışında deyib: " İnqilab baş verəndə kimlərisə inqilab qatarından itələmişik, hansı ki, bunu etməməli idik. Amma bü gün onların yenidən qatara minməsinə imkan verməliyik”, Ruhani deyib.

Ruhani qeyd edib ki, inqilabdan sonra ölkə bir çox sahələrdə irəli getsə də qüsurlar da olub.

"Ola bilsin qərarların qəbulu prosesində kecikmələrimiz olub, ola bilsin vətəndaşlarla açıq danışa bilməmişik”, Ruhani deyib.

Bu yaxınlarda İranda sosial tələblərlə başlayan etirazlar tezliklə ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə çevilirdi.

Həmin etiraz aksiyasından sonra ölkədə kütləvi həbslər başladı.Hazırda xeyli adam hələ də həbsdədir. Etiraz ksiyaları bir neçə həftədir ki, dayanıb.