10:47, 11 İyul 2018 (Çərşənbə) 257

Ronaldo “Real”dan getdi

Ronaldo “Real”dan getdi


/ DÜNYA
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun İtaliyanın "Yuventus” klubuna keçidi rəsmiləşib. 

Bunu İspaniyanın "Real” klubunun rəsmi saytı açıqlayıb.

Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. 

İspaniyanın "Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldonun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir.