17:42, 13 Avqust 2018 (Bazar ertəsi) 155

Robert Köçəryan azadlığa çıxıb, ancaq ittihamlar üzərindən götürülməyib

Robert Köçəryan azadlığa çıxıb, ancaq ittihamlar üzərindən götürülməyib
Bazar ertəsi Ermənistan Apellyasiya Məhkəməsi ölkənin eks-prezidenti Robert Köçəryanın vəkillərinin şikayətini təmin edib və onun barəsində həbs qətimkan tədbirini dəyişib.

Ermənistan KİV-in məlumatına görə, Apellyasiya Məhkəməsi R.Köçəryanın "toxunulmazlığını" nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib.

Bundan öncə parlamentin 45 deputatı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı, ancaq prokuror təmin etməmişdi.

R.Köçəryan 2008-ci il martın 1-2-də ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı ilə istintaqa cəlb edilmişdi. O zaman ordu və polis minlərlə mitinqçiyə qarşı silah işlətmişdi, 10 nəfər həlak olub.