10:44, 16 İyul 2018 (Bazar ertəsi) 112

“Riyad” TM-dəki yanğında xəsarət alanlar var

“Riyad” TM-dəki yanğında xəsarət alanlar var
İyulun 15-də Xırdalan şəhərində yerləşən "Riyad” Ticarət Mərkəzində yanğın baş verib.

Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 2 nəfərin yüngül yanıq xəsarəti aldığı deyilir.

Ticarət mərkəzinin ərazisində yerləşən mağazanın 340 m²-lik alkopandan ibarət üzlüyü və qapısının yandığı qeyd edilir.

Yanğın söndürülüb.