Siyasət

Redaktorun məhkəməsi davam edir

5 Fevral, 2019
887
Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyilə "bastainfo.com" saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib.

Prosesdə şahid Arzuxanım Məmmədovanın ifadəsi dinlənilib. O bildirib ki, heç yerdə çalışmır, 90-cı illərdən Yeni Azərbaycan Partiyasının üzvüdür. İyulun 17-də islah müəssisəsində cəza çəkən oğluna baş çəkib. Evə qayıdarkən basta saytına daxil olub: bəzi məqalələri oxuyunca şok keçirib, çox narahat olub. Onlar adamları mitinqə, iğtişaşlara çağırırdı. "Bundan sonra dərhal Bakı Şəhər Prokurorluğuna getdim və ərizə yazdım, onu Elçin adlı müstəntiqə verdim. Orada bir dəfə, ərizəni verəndə olmuşam", - o deyib.

Mustafa Hacıbəyli şahidə məqalələri oxuduğu saytın domen-ünvanının necə yazıldığını soruşdu. A.Məmmədova dedi: "basta.com. Mən hər şeyi bilirəm. Məni çaşdırmayın. Sosial şəbəkələrdə mənim profilim var və orada öz fikrimi bildirirəm".

Saytdakı hansı məqalələrin onu həyəcanlandırması ilə bağlı sualın cavabında şahid deyib ki, onu Gəncə və Mingəçevir hadisələri ilə bağlı məqalələr qorxudub. Lakin o, məqalələrin adlarını açıqlaya bilməyib və deyib ki, məqalələrdə iğtişaşlara və mitinqlərə çağırışlar yer alıb.

A.Məmmədova həmçinin bildirib ki, məqalələr saytda "Müsavat Partiyası" adlı rubrikada dərc edilib. Bu vaxt hakim şahidə müraciət edərək suallara konkret cavab verməyə, şərh verməməyə çağırıb. A.Məmmədova deyib: "Mən niyə danışmamalıyam? Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar. Kimə lazımdır bu mitinqlər?" Hakim yenidən onun sözünü kəsərək mahiyyəti üzrə danışmağa çağırıb.

Sonra M.Hacıbəyli şahidə sual verib ki, işsiz olduğu üçün necə yaşayır? Şahid deyib ki, bir neçə mağazada mühasib çalışır. Hakim Hüseynov sual verib ki, əməkhaqqı alırmı, vergi ödəyirmi? A.Məmmədova müsbət cavab verib.

Onun prokurorluqda neçə dəfə olması ilə bağlı M.Hacıbəylinin sualına cavab olaraq şahid bir daha bildirib ki, orada iyulun 17-də axşam olub.

M.Hacıbəyli cavab verib ki, iş materiallarında göstərilib ki, şahid Bakı Şəhər Prokurorluğunda iki dəfə olub - 17 iyul və 23 iyul və iş üzrə ifadə verib.

Bununla şahid dindirməsi başa çatıb və hakim Səbuhi Hüseynov növbəti prosesi fevralın 12-nə təyin edib.-0-

Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo