21:08, 09 Mart 2018 (Cümə) 288

"Real" TV-nin yayıma başlayacağı vaxtı açıqlanıb

"Real" TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, "Real" TV-nin martın 12-dən sonra "Azərspace-1" peykində yayıma başlaması nəzərdə tutulub. 

Martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-ə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.