20:16, 09 Aprel 2018 (Bazar ertəsi) 451

REAL rəhbərliyi: "Bizə qeydiyyat lazım deyil"

ReAl Hərəkatı gizli qurultay keçirərək partiyaya çevrilib. 

Bundan sonra təşkilat Respublikaçı Alternativ Partiyası adlanacaq. 

Hərəkat üzvləri bu barədə aprelin 8-də keçirdikləri mətbuat konfransında məlumat veriblər. 

Realçılar bildiriblər ki, qurultay həm onlayn, həm də ReAl-ın qərargahında səsvermə yolu ilə baş tutub.

Daha sonra ReAl-çılar jurnalistlərin suallarını cavablandırıblar. 

Realçılar qurultaya müdaxilənin olmamasını ATƏT-in müşahidə missiyasının hazırda Bakıda olması ilə əlaqələndiriblər. 

Azər Qasımlı hesab edir ki, hakimiyyət bundan istifadə edərək,  özünün demokratik olması görüntüsünü yaratmağa çalışır. 

Ofelya Ramilqızı
Toplum.Tv