13:28, 05 Noyabr 2018 (Bazar ertəsi) 156

Rayonlarda qar gözlənir

Rayonlarda qar gözlənir
Noyabrın 6-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-10, gündüz 13-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 6-da Azərbaycanın rayonlarında da arabir yağış yağacağı təxmin edilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Noyabrın 6-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi proqnozlaşdırılır. Bu da meteohəssas insanlardan ötrü əsasən əlverişsizdir.

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.