12:16, 13 Fevral 2018 (Çərşənbə axşamı) 178

Ramiz Rzayev yenidən hakimi təyin edilib

Ramiz Rzayev yenidən hakimi təyin edilib
Fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.