19:10, 15 Fevral 2018 (Cümə axşamı) 126

Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri oldu

Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri oldu
Ramiz Rzayev yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Fevralın 15-də ölkə başçısı İlham Əliyev R.Rzayevin Ali Məhkəmənin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 13-də isə R.Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyevin imzası daxil olan layihəni Milli Məclis təsdiqləyib.

R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir.