18:30, 14 Mart 2018 (Çərşənbə) 95

Qubada xəstəxananın tikintisi üçün 7,5 milyon manat ayrılıb

Qubada xəstəxananın tikintisi üçün 7,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın verdiyi xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.