Bu gündən, mayın 15-dən etibarən Türkiyədə benzin, dizel yanacağı və mayeləşdirilmiş neft qazının (LPG-Liquefied Petroleum Gas) qiyməti artıb.
Türkiyə mətbuatı xəbər verir ki, benzin 18, dizel yanacağı 15, LPG isə 12 kuruş bahalaşıb.
Qiymət artımından sonra İstanbulda benzinin qiyməti 6,20 lirə (2,41 manat), dizel yanacağının qiyməti isə 5,60 lirəni (2,17 manat) keçib.
XƏBƏRLƏR