İqtisadiyyat

Qiymət artımı sürətlənəcək - Qubad İbadoğlu

29 Mart, 2017
841
"Kənd təsərrüfatı məhsulları ilə bağlı rəsmi statistika şübhə doğurur”

"2017-ci ilin ilk 2 ayında manatın məzənnəsində "sabitlik”dir. Ancaq qiymət artımı dayanmayıb”, - iqtisadçı Qubad İbadoğlunun sözləridir. 

O, bu barədə "Facebook”da yazıb.

İqtisadçı bahalaşmada mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarlarının (elektirk və qazın bahalanması) mühüm rol oynadığını deyib:

"Eyni zamanda, bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında rol oynayır. Bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan "Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb”.

İqtisadçı qeyd edir ki, 2017-ci ilin yanvarı ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3, meyvə 60, mal əti – 58,6, təzə tərəvəz – 25,6 faiz, buğda – 3,4, kərə yağı, digər süd yağları və pastaları – 3,3, çay – 2,8, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb:

"Bu da deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam edir”.

Q.İbadoğlu qeyd edib ki, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adıçəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabliyyətində deyil. Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur:

"Fikrimizcə, martda və apreldə qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək. Qiymətlər üzərində statistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində olacaq”, - deyə o bildirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo