18:51, 09 Fevral 2018 (Cümə) 288

Qış Olimpiya Oyunlarının açılış mərasimi - FOTOLAR

Qış Olimpiya Oyunlarının açılış mərasimi - FOTOLAR


/ DÜNYA
Fevralın 9-da Cənubi Koreyanın Pxençan şəhərində 23-cü Qış Olimpiya oyunlarının açılış mərasimi başlanıb. Mərasimi 35 min tamaşaçı izləyir, onların arasında dövlət başçıları, baş nazirlər var.

Açılış mərasimi iki saat çəkəcək.

Mərasimdən bir neçə saat öncə İdman üzrə Arbitrasiya Məhkəməsi 45 rusiyalı atletin oyunlara buraxılmaması barədə Beynəlxalq Olimpiya Komitəsinin qərarını qüvvədə saxlayıb.

Olimpiya oyunlarında Şimali Koreya atletləri Cənubi Koreyayla birgə komanda şəklində iştirak edəcəklər. Onlar son 10 ildə ilk dəfə olaraq yarımadanın bayrağı altında birlikdə addımlayacaqlar.