16:55, 23 Noyabr 2016 (Çərşənbə) 117

QHT haqqında qanunvericilik: ƏVVƏL VƏ SONRA...

2013-cü ildən başlayaraq QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında bir sıra dəyişikliklər edilib. 

Hökumət nümayəndələri və QHT- lərə Dövlət Dəstəyi Şurası bu dəyişikliklərin şəffaflığın artırılmasına xidmət etdiyini, bir sıra QHT-lər və vətəndaş cəmiyətinin nümayəndələri isə bu addımların onların fəaliyyətinin daha da məhdudlaşdırdığını və müstəqil təşkilatların sıradan çıxarılmasına hesablandığını bildirirdilər. 

Görəsən, kim haqlıdır? 

Bu gün bu suala cavab tapmağa çalışmışıq: qanun qüvvəyə minəndən ƏVVƏL vəziyyət necə idi və SONRA nə dəyişdi?  

Sullarımıza Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Media Hüququ İnstitutundan Xalid Ağəliyev cavab verir: