17:16, 14 May 2018 (Bazar ertəsi) 185

Qəzzada 38 fələstinli öldürülüb

Qəzzada 38 fələstinli öldürülüb
Mayın 14-də İsrail ordusunun Qəzzə zolağına açdığı atəşdən azı 3 fə8ləstinli həlak olub. 

Məlumatı Qəzzənin Səhiyyə Nazirliyi yayıb.

2007-ci ildən Qəzzəni idarə edən Hamas islamçı qruplaşması son altı həftədə burada kütləvi etirazlar təşkil edib, İsrailin ərazini on ildir saxladığı blokadanı qırmağa çalışır. Etirazlar başlayandan burada 67 nəfər öldürülüb.

Ərazinin 2 milyon sakini əsasən qaçqınların törəməlidir və etirazlara Böyük Qayıdış Yürüşü adı verilib, hazırda İsrailin ərazisində olan evlərinə qayıtmağı hədəfləyirlər.

Nazirlik kütləvi etirazlarda azı 500 nəfərin yaralandığını bildirir.

Mayın 14-də keçirilən etirazlar həm də Birləşmiş Ştatların səfirliyini Qüdsə köçürmək planlarına qarşıdır.

ABŞ prezidenti Donald Tramp ötən ilin sonunda ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək paytaxtı kimi tanıyıb. Bu addımı beynəlxalq ictimaiyyət tanımayıb.