00:12, 20 Oktyabr 2017 (Cümə) 58

Qeyri-neft sektorundakı artımın bürdcəyə tövhəsi olmayıb

Qeyri-neft sektorundakı artımın bürdcəyə tövhəsi olmayıb
Dövlət büdcəsinin icrasına dair 9 ayın nəticələrinə görə büdcə gəlirləri 2016-cı ilin eyni dövrünə nisbətən 1.9 milyard manatdan çox artıb.

"Toplum TV" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

 İqtisadçı qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun büdcə ödəmələri 18 milyon manat azalıb: 

"Büdcə artımının 1.040 milyard manatı Neft Fondunun transfertlərinin, 316.5 milyon manatı neft sektorunun ödəmələrinin, 250 milyon manatı Mərkəzi Bankın transfertlərinin, 297 milyon manatı isə gömrük sisteminin sayəsində mümkün olub. 

Ötən ilə nisbətən neftin orta qiymətinin 10 dollardan bir qədər yüksək olması kifayət edib ki, dövlət büdcəsi neft sektorununu hesabına 1.5 mlrd. manat böyüyə bilsin.
Rəsmi statistikaya görə, qeyri-neft sektoru 3%-dək böyüyüb, amma bu artımın büdcəyə töhfəsi olmayıb" - ekspert şərhində bildirib.