Sosial

Qəbul edilən qərarlar qanunlara ziddirmi?

14 Avqust, 2018
1885
İyulun 31-də Nazirlər Kabinetinin verdiyi qərarla " Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" və "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edildi.
 
Bəzi ekspertlər düşünür ki, bu qərarlar qanunlarla təzadlılıq təşkil edir. Məsələn, iqtisadçı ekspert  Azər Mehtiyev deyir ki, həmin qərarın hüquqiliyi mübahisələndirilə bilər. Bu barədə Azər Mehtiyev özünün "Facebook”dakı hesabında yazır:

"Düşünürəm ki, bu qərarın hüquqiliyi mübahisə edilə bilər. Belə ki, "Dövlət rüsumu haqqında" Qanuna əsasən "Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir)" (maddə 1.1). 
Azər Mehtiyev həmçinin yazır ki, gömrük yığımları daxili bazarı qorumaq məqsədinə xidmət etməməlidir.

"Oxşar yığım növlərindən biri də gömrük yığımlarıdır. "Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli Qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləği" adlı sənəddə aydın şəkildə yazılıb ki, "Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Əslində gömrük yığımlarında olduğu kimi dövlət rüsumları da daxili bazarı qorumaq, yaxud fiskal məqsədlərə xidmət etməməlidir. Lakin Nazirlər Kabinetinin 31 iyul, 2018-ci il tarixli yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş rüsumlar birbaşa həm fiskal (avtomobillərin qeydiyyatına münasibətdə), həm də daxili bazarı qorumaq  məqsədlərinə yönəlikdir. Yəni fiziki şəxs mobil telefonu gətizdirdikdə və bu rüsumla qeydiyyatdan keçirtdikdə, elə həmin telefonu Bakıda almaq qiymətinə başa gəlir. Yəni mobil telefon satan firmalardan almaq qiyməti ilə eyniləşir. Halbuki "Dövlət rüsumu haqqında" qanunda rüsumların belə məqsədlərlə təyin edilməsi nəzərdə tutulmayıb".

Bəs hüquqşünaslar bu məsələ ilə bağlı nə deyirlər?

Hüquqşünas Əkrəm Həsənov Toplum Tv-yə bildirib ki, burada hüquqi pozuntu yoxdur:  
" Öncədən qeyd edim ki, dövlət rüsumu dövlət büdcəsinə daxil olur. Gömrük yığımı isə Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən, bir qayda olaraq, Gömrük Komitəsinin sərəncamına verilir və onun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi-tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur.
Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş sənədlər dövlət rüsumuna aiddir. Buna görə də yalnız "Dövlət rüsumu haqqında” Qanunu rəhbər tutmaq lazımdır. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən "Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir)”. Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş sənədlərdə bunun əksi təsbit edilməyib. Yəni fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə və mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumları müvafiq qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən haqdır (ödənişdir). Başqa məqsədlər bəyan edilməyib. Deməli, burada heç bir hüquqi pozuntu yoxdur”.
Hüquqşünas bunu normal hal hesab edir. Onun sözlərinə görə, Qərb dövlətləri məhz bunun müqabilində inkişaf edə bilib.

Əvəzli və əvəzsiz ödəniş nədir?

Əkrəm Həsənov deyir ki, dövlət rüsumunun sözügedən anlayışı o demək deyil ki, reallıqda onun digər məqsədləri də ola bilməz və həmçinin, bu anlayış, ilk növbədə, vergi ilə rüsumu fərqləndirmək üçündür. 
" Vergi Məcəlləsinin 11-ci maddəsinə görə vergi əvəzsiz ödənişdir, yəni vergi ödəyicisi həmin ödəniş müqabilində dövlətdən birbaşa heç nə əldə etmir. Dövlət rüsumu isə əvəzli ödənişdir, yəni dövlət onun müqabilində ödəyici üçün hansısa hərəkəti yerinə yetirir".

Samirə Əliyeva
ToplumTV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo