17:12, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 189

Qaziantep vilayətində polis idarəsinə hücum olub

Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.
 
APA-nın yerli mətbuata əsasən verdiyi xəbərə görə, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb. 
 
***
 
Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb və hazırda davam edir.
 
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.