16:47, 20 Avqust 2018 (Bazar ertəsi) 201

Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır


/ DÜNYA
Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb. 

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır. 

Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.