10:45, 19 Oktyabr 2017 (Cümə axşamı) 36

"Qarabağ" ilk xalını qazanıb

Dünən, oktyabrın 18-də UEFA Çempionlar Liqasında 3-cü turun matçında Azərbaycanın Qarabağ və İspaniyanın Atletiko klublarının qarşılaşmasında hesab açılmayıb.

Belə nəticə Madrid futbolçularını məyus etsə də, Qarabağ klubu bu turnirdə ilk xalını qazanıb.

İspaniyanın idman saytları Bakıda itirlən xalın Atletiko klubunun zirvəyə yüksəlişində ciddi manea yaradacağını yazır.

Madridlilərin hazırda 2 xalı var.

Gərgin keçən matçda Qarabağ futbolçuları ehtiyatlı, lakin maraqlı oyun nümayiş etdiriblər.

İkinci hissənin sonlarına yaxın Qarabağ futbolçusu Ndlovu qırmızı kart alıb. Bundan sonra tam 18 dəqiqə ərzində Qarabağ mübarizəni 10 futbolçu ilə davam etdirib.

Qapıçı Şehic oyun boyunca çox sayda təhlükəli vəziyyətlərin qarşısını alıb.

Artırılmış vaxtın son dəqiqəsində Atletiko klubuna verilmiş cərimə zərbəsi də ispanlara uğur gətirməyib.

0-0 hesabı ilə bitən oyunu "Qarabağ" 10 nəfərlə başa vurub.

"Qarabağ" ilk iki oyunda "Çelsi" və "Roma" komandalarına uduzub.