10:52, 11 Yanvar 2017 (Çərşənbə) 236

Qara bazarda dollar - QİYMƏTLƏR

Qara bazarda dollar - QİYMƏTLƏR
Yanvarın 10-da  hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq  satış valyuta bazarında nisbi stabillik yaradıb.
 
"Qara bazar”da dollar ucuzlaşmağa başlayıb. Fins.az-ın fərdi şəkildə dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də "qara bazar”da dollar 1.87 manata alınıb, 1.90 manata satılır.

Xatırladaq ki,  yanvar ayının 5-dən sonra dolların "qara bazar”dakı alış-satış qiyməti 1.91-1.93  manat təşkil edirdi.

Qeyd edək ki, yanvar ayının 11-də Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən dolların kursu 1.7742  manat müəyyən edilib.