12:49, 19 Oktyabr 2018 (Cümə) 146

Qanunvericilikdə tütünün təbliği ilə bağlı yeni qadağalar

Qanunvericilikdə tütünün təbliği ilə bağlı yeni qadağalar
Oktyabrın 18-də Milli Məclisin mədəniyyət komitəsində bununla bağlı bəzi qanunlara təklif edilən dəyişiklikləri müzakirə edilib.

Dörd qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. 

Üçüncü oxunuşda olan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna tütün və tütün məhsullarının istifadə edilməsi prosesinin kütləvi nümayiş etdirilməsinin qadağan olunması haqda dəyişiklik ediləcək. 

Dəyişikliyə görə, tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, tütündən istifadə prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır.