15:09, 06 Fevral 2018 (Çərşənbə axşamı) 279

Putinin namizədliyi qeydə alınıb

Putinin namizədliyi qeydə alınıb


/ DÜNYA
Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı prezident Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, qeydiyyat vəsiqəsi V. Putinin etibarlı nümayəndəsinə təqdim edilib.

V. Putin seçkiyə hər hansı siyasi partiyanın namizədi kimi deyil, öz qərarı ilə qatılıb. Qeydiyyat üçün azı 300 min seçicinin imzası tələb olunduğu halda, V. Putinin lehinə 1,6 milyondan çox imza toplanıb. Lakin yoxlanıldıqdan sonra 314 min imza MSK-ya göndərilib. İmza vərəqələri digər sənədlərlə birlikdə yanvarın 19-da MSK-ya təqdim olunub.

Prezident seçkiləri martın 18-də keçiriləcək. Artıq Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının namizədi Pavel Qrudinin namizəd kimi qeydə alınıb. Onlar parlament partiyaları tərəfindən irəli sürüldüyü üçün imza tələb olunmurdu. Daha 5 namizəd - Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Sergey Baburin və Boris Titov qeydiyyat üçün gözləyir.