12:06, 01 Mart 2018 (Cümə axşamı) 331

Putin xalqa müraciət edəcək

Putin xalqa müraciət edəcək
Martın 1-də Rusiya prezidenti Vladimir Putin xalqa illik müraciətini edəcək. Cəmi 3 həftədən sonra keçiriləcək prezident seçkisində onun dördüncü müddətə seçiləcəyi gözlənir.

Fevralın 28-də jurnalistlərlə söhbətində Kremlin sözçüsü Dmitri Peskov çıxışın məzmununu açıqlamayıb, bircə onu əlavə edib ki, adətən, bu müraciətlər "bir sıra məsələləri” əhatələyir.

Hər il Putin üç belə tədbir keçirir – geniş sorğu-sual sessiyası, illik mətbuat konfransı və xalqa müraciət.

Bu, Putin-in 14-cü illik müraciətidir. Auditoriya Federal Assambleyanın hər iki palatasından, hökumət nazirlərindən, Konstitusiya və Ali Məhkəmə hakimlərindən, region rəsmilərindən, siyasi elitanın digər üzvlərindən ibarət olacaq.

Müraciətin Moskva vaxtıyla günorta başlayıb bir saat çəkəcəyi gözlənir.