Müsahibə

"Pulu mənə vermirlərsə, geri qaytarsınlar" - Xədicə İsmayıl

14 Noyabr, 2017
2392
Vergilər Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılın bank hesablarına həbs qoyub.
 
Bu barədə jurnalist "Facebook" hesabında məlumat yayıb.
 
O, hesabına həbs qoyulmasını fəaliyyətinə təzyiq kimi qiymətləndirib və on gün ərzində məhkəməyə müraciət edəcəyini deyib:
 
"On gün ərzində şikayət edə bilərəm, 27 noyabrda da işə (vergi borcunun məndən tutulması) mahiyyəti üzrə baxılacaq". 

Toplum. Tv problemlə bağlı Xədicə İsmayıla bir neçə sual ünvanlayıb. 

Həmin müsahibəni təqdim edirik: 

- Xədicə xanım, sizin məhkəmə hökmünüzdə göstərilirdi ki, Azadlıq Radiosunun borcunu ödəməlisiniz?

- 2016-ci ildə Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılmışam. Məhkəmə mənim cəzamı 3 il 6 ay şərti cəza ilə əvəz edib. Bundan əvvəlki instansiyaların qərarlarında da mənim üzərimə düşən hər hansı bir maliyyə öhdəliyi barədə danışılmır. Qısası, mən hazırda hər hansı borc ödəmə öhdəliyi daşımıram.

- Məhkəmədən nə qərar gözləyirsiniz? Pulunuz verilməsə, nə edəcəksiniz?

 - Yəqin ki, "Kapital Bank” köçürülən pulu mənə verməyəcəklər. Daha doğrusu, o biri qeyri-hökumət təşkilarlarının işlərində olduğu kimi həbs illərlə davam edəcək. Mən də bu məsələni mübahisələndirəcəyəm. Bilirdim ki, bu iş illərlə uzanacaq. Amma bunu nəzərə alaraq xahiş etmişdim ki, mükafatın, sadəcə, bir hissəsini köçürsünlər.

-  Təşkilat pulu geri çəkə bilərmi? 

-  Bilmirəm təşkilat bunu edə bilər, ya yox, amma yəqin, buradakılar elə edəcəklər ki, geri qaytarıla bilməsin. Çünki bu qərarlar çıxmamışdan öncə banka müraciət etmişdim ki, pulu mənə vermirlərsə, geri qaytarsınlar. Heç bunu etməmişdilər. "Kapital Bank” mənə deyirdi ki, gözləyin. Qəsdən yubatdılar ki, üzərinə həbs qoya bilsinlər. Kanadada yerləşən təşkilatın edəcəyi bir şey yoxdur. Çünki pul mənim göstərdiyim hesaba köçürülüb və problem də bu hesabda baş verib. 
 
Araşdırmaçı jurnalist Xədicə İsmayıl 2017-ci ilin sentyabr ayında iki nüfuzlu beynəlxalq mükafata - "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) və  Kanadadakı Britaniya Kolumbiyası Universitetinin təsis etdiyi "Allard" mükafatlarına layiq görülüb. 
 
"Beynəlxalq Bütövlük Naminə Allard Mükafatı"nı Britaniya Kolumbiyası Universitetinin məzunu Peter A. Allard yaradıb və maliyyələşdirir.

Jurnalist "Allard" mükafatından gələn pul mükafatını Bakıda "Kapital Bank”dakı hesabına göndərilməsini xahiş edib. 
 
Pul hesaba göndərildikdən qısa müddət sonra isə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti  1 Saylı İnzibati - İqtisad Məhkəməsinə müraciət edərək, jurnalistin "Kapital Bank”dakı hesabına həbs qoyulmasını istəyib. 

Noyabrın 8-də Bakı İnzibati İqtisad Məhkəməsindən bildiriş gəlib ki, mükafata və hesaba həbs qoyulub. 
 
Ofelya Ramilqızı
Toplum.Tv 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo