11:30, 16 May 2018 (Çərşənbə) 147

Prokuror partiya sədrinə 10 il cəza istəyib

Prokuror partiya sədrinə 10 il cəza istəyib
Bu gün, mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Tükənovun 10 il müddətinə azadlıqda məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, həmin ittihamları qəbul etmədiyini deyir.

Report