Siyasət

Prokuror baş redaktora 5 il 6 aylıq cəza istəyib

18 Mart, 2019
1253
Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza haqda yazılara görə cəzalandırılan daha bir sayt rəhbərinin məhkəməsi yekunlaşır. "Teref.info” saytının baş redaktoru, Qarabağ müharibəsinin iştirakçısı, "Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) işi üzrə məhkəmə istintaqı başa çatıb.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edərək, N.Xocanın 5 il 6 ay azadlıqdan məhrum edilməsini, lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunub, cəzanın şərti hesab olunmasını istəyib. Təklif edib ki, şərti cəza üçün iki il sınaq müddəti təyin olunsun.

Prokurorun sözlərinə görə, N.Xocanın rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlar olması sübuta yetirilib.

Ötən məhkəmə iclasında N.Xocanın vəkili Elçin Sadıqov "teref.info” saytında Gəncə və Mingəçevir hadisələri barədə yazılara rəy vermiş ekspert Bəxtiyar Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdı. Ekspertiza rəyində iş materiallarına əlavə olunmuş yazılarda dövlət əleyhinə çağırışlar olduğu iddia edilir.

Vəkil bildirmişdi ki, B.Əliyev gəlsin, rəyini əsaslandırsın: "Çünki həmin yazılarda dövlət əleyhinə heç bir çağırış yoxdur”.

Martın 18-də məhkəmədə hakim elan edib ki, ekspertin dindirilməsi barədə vəsatət təmin olunmur.

N.Xocaya qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir və rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlar olmadığını bildirir. Onun sözlərinə görə, yazılar başqa saytlardan, o cümlədən "musavat.com”dan götürülüb: "Mənim saytımda sadəcə, harın məmurlar tənqid olunub”.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo