21:27, 07 Mart 2018 (Çərşənbə) 134

Problemli kreditlərin artdığı bildirilir

Problemli kreditlərin artdığı bildirilir
Azərbaycanda problemli kreditlərin artmaqda olduğu bildirilir.

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yeni açıqladığı bilgilərdə qeyd olunur ki, vaxtı keçmiş kreditlərin ümumi həcimi fevralın 1-də 1695,9 mln. manat olub. Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat (4,25%) çox olduğu bildirilir.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 14,5 faizdir. Bu göstərici ilin əvvəlində 13,8, 2017-ci il fevralın əvvəlində isə 9,8 faiz olmuşdu.

Bu il Mərkəzi Bankın valyuta ehtiyatlarında cüzi artım qeydə alınıb. AMB-nin məlumatına görə, martın 1-nə onun valyuta ehtiyatları 5387,3 mln. dollar təşkil edib.

Bu, fevralın 1-nə olan göstəricilərlə müqayisədə 6,1 mln. dollar artıqdır.

Fevralın sonunda Azərbaycanda pul kütləsi 9 milyard 180 milyon 600 min manat təşkil edib.

Yanvar ayına nisbətən ölkədə pul kütləsi 419 milyon manat və ya 4,8 faiz artıb. İlin əvvəlindən isə pul kütləsi 637 milyon 400 min manat və ya 7,5 faiz çoxalıb.