10:55, 24 Yanvar 2018 (Çərşənbə) 148

Prezidentin köməkçisi və nazir cəbhədə yerləşən hərbi hissələrdə olub

Prezidentin köməkçisi və nazir cəbhədə yerləşən hərbi hissələrdə olub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
 
Müdafiə Nazirliyinin bu gün, yanvarın 24-də yaydığı məlumatda belə deyilir.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.