10:51, 22 İyun 2018 (Cümə) 79

Prezident yol tikintisinə 13,7 milyon manat ayırdı

Prezident yol tikintisinə 13,7 milyon manat ayırdı
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik avtomobil yolunun tikintisi üçün əlavə tədbirlərə sərəncam verib. İyunun 21-də imzalanan sərəncamla 2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 milyon manat ayrılır.

2017-ci il oktyabrın 2-də prezident Dəmirçi kəndində Lahıca qədər yol çəkiləcəyini vəd edib, oktyabrın 5-də avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılmasını tapşırıb.

Hazırda Dəmirçidən Lahıca getmək üçün 70-80 kilometr yol qət etmək lazım gəlir.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir, tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib.