23:15, 23 Aprel 2018 (Bazar ertəsi) 90

Prezident Türkiyəyə səfər edəcək

Prezident Türkiyəyə səfər edəcək
Prezident İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

"APA" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

İ. Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.