12:20, 24 Sentyabr 2018 (Bazar ertəsi) 300

Prezident seçkisini müxalifət uddu

Prezident seçkisini müxalifət uddu


/ DÜNYA
Maldiv Respublikasında sentyabrın 23-də keçirilmiş prezident seçkisində müxalif siyasətçi İbrahim Məhəmməd Saleh qalib gəlib.
 
Birgə Müxalif Koalisiyanın namizədi olan İbrahim Məhəmməd Saleh səslərin 58,4%-ni toplayıb.

İndiki prezident Abdulla Yamin 41,6% səslə kifayətlənib.

Seçkiyə 232 mindən çox vətəndaşın qatıldığı, onların 134 mindən artığının İbrahim Məhəmməd Salehi dəstəklədiyi bildirilir.

İbrahim Məhəmməd Saleh 1964-cü ildə anadan olub.

Novator.az