10:41, 13 İyun 2018 (Çərşənbə) 216

Prezident Rusiyaya gedib

Prezident Rusiyaya gedib
Prezident İlham Əliyev iyunun 12-si gecə saatlarında Rusiya Federasiyasına gedib.

Bu barədə xəbəri AZƏRTAC yayıb.

İyunun 14-də Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək. 32 yığma komandanın qatıldığı yarışın açılış mərasiminə Azərbaycan prezidentinin də qatılacağı gözlənir.

Çempionatın final oyunu iyulun 15-də Moskvadakı «Lujniki» stadionunda keçirilməlidir. Bundan öncə, 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının qalibi Almaniya yığması olmuşdu.