Siyasət

"Prezident də dəfələrlə dedi ki, Əfqanı oğurlayıblar"

13 Yanvar, 2018
1852
Yanvarın 12-də  Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlıya hökm oxunub. 

O, 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı məhkəmədəki son sözündə deyib ki, o, jurnalist kimi yazdığı məqalələrinə görə həbs olunub. 

Vəkili Elçin Sadıqov çıxışında jurnalistə bəraət istədiklərini, verilən ittihamın doğru olmadığını söyləyib. 
 


Hökmə münasibət bildirən vəkil deyir ki, bu, tamamilə qanunsuz və əsassızdır: "Əfqan Muxtarlının üzərindən götürüldüyü deyilən 10 min avro da dövlət tərəfindən müsadirə olundu. Saxta ittihamlardır. Və biz bu hökmdən apelyasiya şikayəti verəcəyik”.

Elçin Sadıqov məhkəmədəki pozuntulara toxunarkən əlavə edib ki, müdafiə tərəfinin verdiyi heç bir vəsatət təmin olunmayıb: "Həmin vəsatətlər təmin olunsaydı, Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirildiyi tam təsdiqini tapacaqdı”.

Hüquqşünas Ələsgər Məmmədli məsələni şərh edərkən deyib ki, Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsindən başlayaraq, gedən bütün proseslərin, ona qarşı qondarma ittihamların nəticəsi də qondarma hökm olmalı idi: 

"Bu gün Azərbaycan məhkəmə sistemi və hakimləri bir daha göstərdi ki, onlar siyasi sifarişlərdən kənara çıxa bilmirlər. Azərbaycan hüququ artıq siyasi proseslərin tamamilə kölgəsi, əsarəti altındadır. Əfqan Muxtarlının gətirilməsi beynəlxalq miqyasda ciddi problem yaratmışdı. Gürcüstan prezidentinin bir neçə dəfə mətbuat önünə çıxıb bildirdi ki, Əfqan Muxtarlı oğurlanıb. Amma jurnalistin oğurlanması ilə bağlı ölkəsinin və səlahiyyətli şəxslərin məsuliyyət daşıdığını deməsinə baxmayaraq, o, Azərbaycanda ittiham olundu”.
 

Hüquqşünas deyir ki, hakim vəkillərin qaldırdıqları vəsatətlərin, xüsusilə də Gürcüstan tərəfi ilə birgə işlərin araşdırılmasını istəsə idi, bu nəticəyə gəlməzdi. 

Onun sözlərinə görə, bu, Əfqan Muxtarlının birbaşa jurnalist fəaliyyəti ilə bağlı olan məsələdir: "Bu, tək Əfqana qarşı baş verməyib. Daha öncə də digər jurnalist Xədicə İsmayıl da bənzər ittihamla həbs olunmuşdu. Bu gün çoxsayda ifadə azadlığı məhkumları var ki, onlar sırf fəaliyyətlərinə görə qondarma ittihamlarla azadlıqdan məhrum ediliblər”.

Ələsgər Məmmədli 2018-ci ilin ilk günlərində Azərbaycanda yenə də ifadə azadlığının boğulması, ifadə azadlığı daşıyıcılarının mühakimə olunmasını təəssüflə qeyd edib.

Jurnalist Xədicə İsmayıl da bu hökmün qanunsuz olduğunu vurğulayıb.
 


Onun sözlərinə görə, Əfqan Muxtarlıya qarşı irəli sürülən ittihamların absurd olması, məhkəmə prosesi zamanı aydın görünürdü: "Şahid qismində olan adamlar açıq-aşkar yalan danışırdılar. Hamıya məlumdur ki, Əfqanı Bakıya oğurlayıb gətiriblər. Bu, az deyilmiş kimi qondarma ittihamlarla həbs cəzasına məhkum ediblər. Bu, tamamilə qanunsuzdur. Bir daha sübut etdilər ki, ölkədə heç bir qanun işləmir”.

Beynəlxalq miqyasda və Azərbaycan cəmiyyətində keçmiş siyasi məhbus kimi bilinən jurnalist deyir ki, ölkə kriminal qaydalarla idarə olunur: "İnsan oğurluğu ilə dövlət səviyyəsində məşğuldurlar. Digər ölkələrin də orqanlarını da bu işlərdə iştirakçıya çeviriblər. Tamamilə ölkə adına biabırçılıqdır”. 

Gürcüstanda oturum izni olan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. 

Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Gülzar N. Məmmədli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo