Siyasət

Post-sovet məkanında baş nazirlərin neçə yaşı var?

14 Mart, 2017
881
"Baş nazir Artur Rasizadəni yaşına görə tənqid etməyin mənası yoxdur, işinin keyfiyyətinə qiymət verilməlidir”. 

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli "Report”a müsahibəsində deyib. 

O, 82 yaşlı baş naziri çox cavanlardan daha intellektli və sağlam şüurlu hesab edir. 

Mətbuat xidmətinin rəhbəri son dövrlər Rasizadənin səhhətindəki problemlə bağlı xəbərlərin əsassız olduğunu söyləyir. 

O, Artur Rasizadənin sağlam və gümrah olduğunu və hər zaman da idmanla məşğul olduğunu deyir.   

Bəs başqa ölkələrin baş nazirlərinin neçə yaşı var? 

Toplum.Tv bununla bağlı kiçik araşdırma aparıb. 

Məlum olub ki, keçən il Estoniyanın baş naziri olmuş Juri Ratas 39 yaşı var.
Image result for Juri Ratas
Bu vəzifəsini tutmamışdan əvvəl (2012-2016-cı illərdə) o, Estoniya Basketbol Assosiasiyasının  rəhbəri olub. Bir müddət Tallin şəhərinin meri vəzifəsində işlədikdən sonra, 3 dəfə Estoniya Parlamentinin vitse-prezidenti seçilib.

Ukraynanın baş naziri Volodimir Qroysman da 39 yaşındadır. Siyasətə atılmadan öncə biznesmen olub. Qroysman Vinitsia şəhərinin meri vəzifəsinə gəldikdən sonra biznesdən uzaqlaşdığını deyir.  
Image result for Volodymyr Groysman
Hakimiyyətə əsas gəlmə səbəbi mərkəzisləşdirmə islahatları və yerli idarəetmələr olub. Tez-tez TV şoularda görünən Qroysman 2014-cü ildə Verxovna Radasının spikeri seçilib. 2015-ci ildə Vinitsia Avropa Strategiyası adlı yeni partiyanın əsasını qoyub. 

Litvalı baş nazir Saulius Skvernelis 1970-ci ildə anadan olub.
 Image result for Saulius Skvernelis
Əvvəllər daxili işlər naziri və s. dövlət xidmət vəzifələrində işləyib. 

Gürcüstanın hazırkı baş naziri Giorgi Kvirikaşvili isə 50 yaşındadır. O, əvvəllər Baş nazirin müavini (2013-2015), xarici işlər naziri (2015) və iqtisadiyyat və davamlı inkişaf naziri (2012-2015) postlarında xidmət edib. O, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək üçün 4 bənddən ibarət islahat planı irəli sürüb. Bu plana ölkədə biznes mühitinin gücləndirilməsi, təhsil sistemində islahat aparılması, regional infrastrukturun yaxşılaşdırılması və yaxşı idarəetmənin təbliği daxildir. 
Image result for Giorgi Kvirikaşvili
Kvirikaşvili nazirliklərdə tutduğu müxtəlif vəzifələrində Gürcüstanı Avro-Atlantik və Avropa regionuna inteqrasiyası, Qərblə Şərqi birləşdirən dəhliz rolunu oynaması və xarici investisiyanın cəlb olunması üçün çalışıb.  

Belarusiyanın baş naziri Andrey Vladimiroviç Kobyakovun isə 57 yaşı var.
Related image
O, 2014-cü ildən bu vəzifədə çalışır. Bu vəzifəni tutmamışdan öncə, Belarusiyanın Dövlət Nəzarət komitəsində çalışaraq sədr vəzifəsinə yüksəlib, Belarusiyanın Rusiya Federasiyasında fövqalədə və səlahiyyətli səfiri və Belarusiya Prezident Administrasiyasının rəhbəri olub.

Bolqarıstanın baş naziri Boyko Borisovun 58 yaşı var. 

Yanğınsöndürmə avadanlıqları və təhlükəsizliyi mühəndisliyi üzrə təhsil alan Borisov universiteti bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Sofia şəhər direktoratının yanğınsöndürmə departamentində işləyib. Bu baş nazirin də arası idmanla yaxşıdır.  
 Image result for Boyko Borisov
19 yaşında aktiv şəkildə karate ilə məşğul olmağa başlayıb və uzun müddət Bolqarıstanın milli karate yığmasının məşqçisi olub. Borisov hazırda idmanın futbol və tenis növləri ilə məşğul olur. Onun 1991-ci ildə qurduğu "İPON-1” MMC şirkəti Bolqarıstanın ən böyük təhlükəsizlik və şəxsi mühafizə şirkətinə çevrilib.  

Polşanın xanım baş naziri Beata Szydlo 54 yaşındadır.
 Image result for Beata Szydlo
1998-ci ildən siyasətlə məşğuldur.  

Litvanın baş naziri Maris Kucinskis isə 56, Moldoviyanın baş naziri Pavel Filip isə 51 yaşındadır.
 Image result for Maris Kucinskis
Pavel informasiya texnologiyalara və komminikasiyaları naziri işlədiyi dövrdə informasiya sahəsinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Telekommunikasiyalar Birliyinin (İTU) medalı ilə təltif olunub. 

Baş nazir Artur Rasizadə isə 1935-ci ildə anadan olub.
 Image result for Artur Rasi-zadə
1996-cı ildən (61 yaşından) Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışır. Əvvəllər o, Neft Maşınqayırma İnstitutunun rəhbəri, Baş nazirin müavini və Prezidentin köməkçisi vəzifələrində çalışıb. 

Fatma Babayeva 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo